Qərar verildi – Zəlzələdən zərər çəkən bu şəhər tamamilə söküləcək

Qərar verildi - Zəlzələdən zərər çəkən bu şəhər tamamilə söküləcək

Qaziantep vilayətinin valisi zəlzələdən zərər çəkmiş Nurdağı şəhərinin tamamilə sökülməsi haqda qərarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 31 mindən çox insanın öldüyü bildirilirdi. Təbii fəlakət zonasının daha 150 min sakini Türkiyənin digər bölgələrinə təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Kahramanmaraş vilayəti olub.