Qənirə Paşayevanın parlamentdəki şəxsi əşyaları kimə verilib?

Mərhum deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın parlamentdəki iş otağındakı şəxsi əşyaları ailə üzvlərinə təhvil verilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, komitə sədrinin ölümündən bir həftə sonra ailə üzvləri Milli Məclisə dəvət ediliblər.

Deputatın yaxınlarına onun iş otağındakı şəxsi əşyalarını götürmək üçün şərait yaradılıb.

Məlumata görə, Qənirə Paşayevanın parlamentdəki ofisi hələlik istifadə edilmir.