Qəbul imtahanında 700 bal toplayan Zərifə danışdı: 11 il ərzində… – VİDEO

“İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim”.

Globalinfo.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən Zərifə İlyasova bildirib.

Şəki şəhər 18 saylı orta məktəbin məzunu olan Z.İlyasova oxuduğu 11 il ərzində hər zaman qiymətləri ilə fərqləndiyini vurğulayıb:

“Kiçik yaşımdan qarşıma məqsəd qoymuşdum ki, ən yüksək nəticəni əldə edəcəyəm”.

Ətraflı süjetdə:


***

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib.

Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

Onun arzusu ADA Universitetinin Riyaziyyat ixtisasında təhsil almaqdır.