Qəbiristanlıqda məzarları dağıdan şəxs ələ keçdi – VİDEO

Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıldılması faktına görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Globalinfo.az xəbər verir ki, həyata keçirilən intensiv tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, qəbirstanlıqda təmir işləri görən 1989-cu il təvəllüdlü Seymur Daxilov saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Zaira Akifqızı 

Globalinfo.az