Koreyadakı səfirliyimizin işçisinin ağlasığmaz əməli

“Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir öz Feysbuk səhifəsində yazıb.

“Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır, amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Nəcib Osmanov pulları qumarda uduzduğunu bildirib”, – H.Müntəzir qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az