1689348528.0e3ca2db 0022 3101 8138 3d929234c3b5 850

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Globalinfo.az-ın məlumatına görə, klub Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib.

29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Paylaş: