“Qalatasaray” klubu Türkiyə Superkubokunun finalından sonra gözlənilməz qərar verib.
Globalinfo.az xəbər verir ki, “Fənərbağça”ya məğlub olan “sarı-qırmızılılar” kubok qaldırma mərasimində iştirak etməyib.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk bildirib ki, “Fənər” azarkeşləri bir qədər əvvəl ölən sabiq futbolçu Gökmen Özdenaka qarşı hörmətsizlik etdikləri üçün “sarı-qırmızılılar” mərasimə qatılmayıblar.
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılan matçda “Fənərbağça” 2:0 qalib gəlib.