Qəbələdə çoban qayadan yıxıldı – FOTO

Qəbələdə çoban qayadan yıxıldı - FOTO

Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəbələdə çoban qayadan yıxıldı - FOTO Qəbələdə çoban qayadan yıxıldı - FOTO  Qəbələdə çoban qayadan yıxıldı - FOTO Qəbələdə çoban qayadan yıxıldı - FOTO

Qəbələdə çoban qayadan yıxıldı - FOTO