Mövsümlə əlaqədar ölkə əhalisinə verilən təbii qazın qiymətinin endirilməsi ilə bağlı müxtəlif səviyyələrdə təkliflər səsləndirilir. İqtisadi çətinliklər fonunda bu, əlbəttə insanlarımızın sosial rifahına müsbət təsir göstərə bilər.
Bəs bu təkliflər reallıqla nə dərəcədə uzlaşır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Globalinfo.az-a açıqlamasında bildirib ki, bəzən müəyyən qurumların rəsmi şəxsləri və ya ayrı-ayrı ekspertlər tərəfindən sensasion təkliflər verilir. Amma bu təkliflərin gerçəkləşməsi üçün real imkan və onunla bağlı qərarın verilməsi ehtimalı olmalıdır.
Ekspert hesab edir ki, bu gün əhaliyə satılan qazın qiymətinin qış aylarında aşağı salınması ilə bağlı qərarın verilməsi ehtimalı sıfıra yaxındır:
“Buna baxmayaraq, əhaliyə satılan qaza tətbiq olunan minimal qiymətlə bağlı limitin həcminin artırılması mümkündür. Buna imkan da var, eyni zamanda bununla bağlı qərarın verilmə ehtimalı da”.
Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə göndərdiyimiz sorğuya cavab gələndə, onu da dərc edəcəyik.
Gülnar Səlimova,
Globalinfo.az














