Qazaxıstanın paytaxtının adı yenidən Astana oldu

Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Globalinfo.az bildirir ki, “Report”un Qazaxıstan KİV-ə istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi.

Xatırladaq ki, N.Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstana rəhbərlik edib.