
“Qərb ölkələri Ukraynada münaqişənin baş verməsinə imkan verdilər və indi də onun başa çatması üçün çalışmırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveç nəşrinə müsahibəsində deyib.
“Böyük bir münaqişə yaşandı və əlbəttə ki, bu məsələnin içində Qərb də var idi – Ukraynanı silahlandırırdı və s. Əslində heç kim Ukraynada münaqişənin başa çatmasını, yaxud heç başlamamasını düşünmürdü, bu da çoxlarını heyrətləndirir”, – deyə Baş nazir qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az