
Qazaxıstanda Novruz şənliyi zamanı bədbəxt hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nexta” məlumat yayıb.
Qızılşaurada keçirilən tədbir üçün cəlb edilən atlardan biri qəfildən hürküb, üzərindəki insanı yerə ataraq izdihama doğru qaçıb. Nəticədə aralarında azyaşlı və qocaların da olduğu bir neçə nəfər xəsarət alıb.
Atın sahibi məsuliyyətə cəlb edilib.
Aysel Əliyeva
Globalinfo.az