Almaniya hökumətinin 2024-cü ildə iqtisadiyyatda 0,3 faiz böyümə ilə bağlı proqnozu özünü doğrultmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
O bildirib ki, hökumətin 2024-cü ildə iqtisadiyyatla bağlı proqnozu oktyabrın 9-da açıqlanacaq.
Nazirin təqdim edəcəyi hesabatda 2024-cü ildə iqtisadiyyatın 0,2 faiz kiçiləcəyi əksini tapıb. Bu, 2023-cü ildən başlayaraq iqtisadiyyatda mülayim tənəzzül kimi dəyərləndirilir. İqtisadiyyatdakı tənəzzül 2025-ci illə əlaqədar büdcə planlaşdırılmasına da çətinlik yaradır.