HƏMAS İsrailə daha dörd girovun meyitini verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Əbu Ubeyda məlumat yayıb.
Mübadilənin bu gün axşam saatlarında keçiriləcəyi gözlənilir.
“İsraillə razılaşma çərçivəsində qarşı tərəfə daha dörd girovun meyitini verəcəyik. Onlar Ohad Yaalomi, İshaq Alqart, Şlomo Mansur və Saxi İdanın meyitləridir”, – nümayəndə bildirib.
Qeyd olunur ki, Ohad Yaalomi həm də Fransa vətəndaşıdır.
Aysel Əliyeva
Globalinfo.az