Qazaxıstanda güclü yanğın: 68 nəfər təxliyə edildi

Qazaxıstanda güclü yanğın: 68 nəfər təxliyə edildi

Qazaxıstanın şimalında Petropavlovsk şəhərində yaşayış binasının birinci mərtəbəsində güclü yanğın baş verib.

Globlinfo.az xəbər verir ki, yanğın butikdən başlayıb.

Hadisə yerinə gələn xilasedicilər 18-i uşaq olmaqla 68 sakini təxliyə ediblər.

Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, söndürülməsi üçün 70 canlı qüvvə və 18 texnikanın cəlb olunduğu yanğın lokallaşdırılıb.

Güclü tüstü səbəbindən yanğını 3 saatdan çoxdur ki, tam söndürmək olmur.

Yanğınların təkrar baş verməsinin qarşısını almaq üçün konstruksiyaların sökülməsi və suvarılması işləri davam etdirilir.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Zaira Akifqızı
Globalinfo.az