Xankəndidəki separatçı liderlərin həbs xəbəri yayıldı – YENİLƏNDİ

Həbs edilənlərin arasında keçmiş “parlament sədri” David İşxanyanın da olduğu qeyd edilir.

Bu barədə haqqın.az məlumat yayıb.

***17:04

“Azərbaycan tezliklə “artsax”ın keçmiş liderləri Bako Saakyan və Arkadi Qukasyanın həbs olunduğunu elan edəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti öz mənbəsinə istinadən çıxış edib.

Məlumata görə, onların həbsi ilə bağlı video da təqdim olunacaq.

Hələ ki məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Əliyar Xəlil
Globalinfo.az