Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək Silahlı Qüvvələrin döyüş hazırlığının yoxlanılması məqsədilə planlı hərbi təlimlər keçiriləcək.
Globalinfo.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlər çərçivəsində qoşun hissələrinin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi ssenariləri icra olunacaq.
Tədbirlər əsasən hərbi hissələrin yerləşdiyi ərazilərdə və təlim poliqonlarında baş tutacaq. Nazirlik bəzi hərbi bölmələrin təlim mərkəzləri və poliqonlara hərəkət edəcəyini bildirib. Bununla əlaqədar olaraq, ayrı-ayrı yol sahələrində hərbi texnikanın hərəkəti zamanı müvəqqəti məhdudiyyətlərin tətbiqi mümkündür.
Qurum vətəndaşlara, media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə yalnız rəsmi məlumat mənbələrinə istinad etməyi tövsiyə edib.