Ermənilər Qazaxın kəndini Azərbaycana bu formada qaytaracaqlar – İlk yaşanır

Qazaxın Azərbaycana qaytarılması razılaşdırılmış Bağanis Ayrım kəndinin minalardan təmizlənməsinə başlanılıb. 

Globalinfo.az xəbər verir ki, bunu hazırda Tavuş vilayətində olan Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib.

Deputat bildirib ki, kəndin təhvili prosesindən öncə ərazidə mina təmizləmə işlərinin həyata keçirilməsinə başlanılıb.

Xatırladaq ki, aprelin 19-da keçirilən delimitasiya və demarkasiya komissiyasının iclası nəticəsində Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılma ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Danielyanın iddiası gerçəkdirsə, Ermənistan ilk dəfədir bir ərazini minalardan təmizləyərək tərk edir.

Ayşən Mustafa
Globalinfo.az