Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.
“Report”un məlumatına görə, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb. Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.
Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.
Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.
Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
***
Son günlər yağan yağışlardan sonra Qazaxda çay daşıb, kəndin ərazisini sel suları basıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.
Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarında ərazisini su basıb.
Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.
Bölgədə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.














