Qaxda kütləvi zəhərlənmə olub.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Ləkit kəndində baş verib.
39 yaşlı Vaqif Süleymanov, onun xanımı 37 yaşlı Röyanə, eləcə də, onların 15, 13 və 7 yaşlı övladları işıq generatorunun tüstüsünün evə daxil olması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.














