Qaxda ağır qəza: sürücü və iki sərnişin öldü

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-21015″də olan sürücü və bir sərnişin hadisə yerində ölüb. Daha bir sərnişin isə Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.