Amansız qarşıdurmanın anonsu verildi – Ermənistan prosesə daxil olur

Amansız qarşıdurmanın anonsu verildi - Ermənistan prosesə daxil olur

“BRİKS təşkilatı ilə bağlı yanlış bilinən bir məlumat var. Belə ki, çoxu bu təşkilatı sadəcə iqtisadi birlik kimi xarakterizə edir. Halbuki iqtisadi əməkdaşlığın pərdəarxasında real hərbi və siyasi əməkdaşlıq dayanır. Bu iki faktor olmasa, iqtisadi əməkdaşlıq da effektiv olmaz”.

Bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, BRİKS təşkilatına üzv ölkələrə baxdıqda dünyanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclü ölkələri olduğunu görmək olar:

“Bu il Misir, İran, Efiopiyanın da təşkilata üzv olması təşkilatın gücünü artırdığını göstərir. Yeri gəlmişkən, artıq Səudiyyə Ərəbistanı da təşkilata dəvət olunub. Azərbaycan, Malayziya və Tailand isə təşkilata üzv olmaq üçün növbədədir. Son olaraq isə Türkiyə müraciət edib.

BRİKS-in güclənməsi təbii ki, bir məqamı ortaya çıxarır. Üzv olmaq istəyən dövlətlərin çoxunun şərq ölkələri olması bu təşkilatın fonunda Qərb-Şərq qarşıdurmasının başladığının anonsu verilir. Şərqin iqtisadi gücünün artması və BRİKS üzvlərinin enerji resursları ilə zəngin olması Qərbi narahat edir. Bundan başqa, BRİKS üzvləri torpaq sahəsi, həm də insan resursları baxımından daha üstündür. BRİKS-in tədricən hərbi və siyasi təşkilatlanmaya fokuslanması, güclənməsi istisna deyil.

Amansız qarşıdurmanın anonsu verildi - Ermənistan prosesə daxil olur

O ki qaldı Ermənistanın təşkilata üzvlüyünə, hələlik bu haqda rəsmi məlumat yoxdur. Kazandakı sammitə İrəvanın dəvət olunması tamamilə KTMT kontektsində diqqət çəkir. Yəni Ermənistan KTMT sammitlərində iştirak etmədiyi üçün Rusiyanın ona qəzəbli olduğunu düşünür və bunu BRİKS sammitinə qatılaraq kompensasiya etmək istəyir”.

Turan Rzayev

Globalinfo.az