
Hazırda paytaxtın avtomobil yollarında sıxlıq müşahidə olunmur.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə yollar diqqətdə saxlanılır. Hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılır.

***
Qarlı havada paytaxt yollarındakı son vəziyyət açıqlanıb.
Globalinfo.az xəbər verir ki, günün ikinci yarısından sonra yollardakı buzlar əriyib, nəqliyyatın rahat hərəkəti bərpa olunub.
Lakin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, axşam saatlarında havanın temperaturu aşağı enəcək və yollar buz bağlayacaq.
Ətraflı Baku TV-nin süjetində:














