IMG 20250223 212327 652

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 63-ü qadın, 62-si kişi olmaqla, 125 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Onlardan 117 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub.

Paylaş: