Qarğabazar karvansarayı bərpa ediləcək

Qarğabazar karvansarayı bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

Globalinfo.az xəbər verir ki, karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

    Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

    Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.

    Qeyd edək ki, “Qarğabazar Karvansarayı” 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.