Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, altımərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektirik löhvəsində 20 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Zirzəmi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.














