6a36f529aa31b6a36f529aa31c17819866016a36f529aa3196a36f529aa31a 1

Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin, saat 10:00-dan etibarən isə Nərimanov rayonunun Z. Bünyadov və Azadlıq prospektlərinin, İ. Dadaşov, M. K. Atatürk və N. Nərimanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş: