“Hələ 2018-ci ildə inqilabdan sonra yeni hökumətin Ermənistan üçün tamamilə başqa planlarla hakimiyyətə gəldiyini demişdim”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan deyib.
O iddia edib ki, hazırkı hökumət rəsmi Bakı ilə əlaqələrin bərpasını prioritet hesab edir:
“Yeni hökumət üzvləri ölkənin ilk prezidenti (Levon-Ter Petrosyan – red.) ilə yaxın idi. Onlar isə Qarabağın Azərbaycana qaytarılması ideyasını dəstəkləyirdilər. Beləliklə iki ölkə arasında münasibətlərin qaydaya düşməsini istəyirdilər. Hazırkı hökümət də onların davamçılarıdır”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi vaxtlarda Qarabağla bağlı konstruktiv mövqe sərgiləsə də, sonradan Qərbdən aldığı dəstəklə radikallaşmağa başladı. Onun “Qarabağ Ermənistandır!” bəyanatı keçmiş münaqişə ilə bağlı danışıqlar tarixində deyilmiş ən dekonstruktiv fikir idi.
Əliyar Xəlil
Globalinfo.az