“Qarabağ”ın matçının biletləri satışa çıxdı – Qiymət

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.