“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı dəqiqləşdi

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Cəbəllüttariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İyulun 19-da Bakı Olimpiya Stadionunda (BOS) oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ”ın ev oyunlarını öncə “Azersun Arena”da keçirməsi nəzərdə tutulsa da, sonradan məkan BOS-a dəyişdirilib.