Qarabağdan köç başladı: 3 qrup bölgəni tərk edir

“Qarabağı 3 qrup erməni tərk edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, hər üç qrupun kimlərdən ibarət olduğunu açıqlayıb:

“Birinci qrupa Ermənistan ordusunun hərbçiləri daxildir. Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər.

İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər.

Üçüncü qrupa Qarabağ ermənilərinin özləri daxildir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər”.

Politoloqun sözlərinə görə, həmin ermənilər anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar:

“Axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır. Bəli, köç başlayıb, ancaq bu hələ ki kütləvi hal almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin”.

Zaira Akifqızı
Globalinfo.az