“Qarabağ”dan daha bir transfer: heyətinə onu cəlb etdi

“Qarabağ” yay transfer dövründə heyətinə daha bir oyunçu cəlb edib.

Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.

24 yaşlı yarımmüdafiəçinin transferinin detalları açıqlanmayıb. Transferin tezliklə rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

“Qarabağ” bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb

Qeyd edək ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da çıxış edib.