Qarabağda kritik gəlişmə: türk hərbçiləri ərazidən çıxır? – Son durum

Son günlər Qazaxın işğal altında olan kəndlərinin qaytarılması ilə bağlı müzakirələrdə təhlükəsizlik məsələləri ön plana çəkilir. Versiyalardan biri həmin kəndlərdə təhlükəsizliyi təmin etmək üçün buraya Qarabağdakı sülhməramlı kontingentin yerləşdirilməsidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, işğal altında olan kəndlərə Rusiya sülhməramlılarının yerləşdirilməsi mümkün deyil:

“Qazax istiqamətində müəyyən qədər rus hərbçiləri var. Ancaq hazırda İrəvanda Rusiya hərbçilərinin Ermənistan ərazilərindən çıxarılması prosesi başlayıb. Hətta Paşinyan hakimiyyəti Azərbaycanla yanaşı, İran və Türkiyə ilə sərhəddə də rusları çıxartmaq xətti götürüb. Avqust ayının 1-nə kimi Zvartnots hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı qərar verilib”.

Abutalıb Səmədovun fikrincə, Türkiyə hərbçilərinin sərhəd ərazilərdə yerləşdirilməsinə ehtiyac yoxdur:

“2021-ci ildə Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində olan hərbçilərin funksiyaları tamamilə fərqlidir. Onlara başqa vəzifə tapşırmaq mümkün deyil. Həmin mərkəz də öz fəaliyyətini yekunlaşdırmaq üzrədir”.

Politoloq qeyd edib ki, Azərbaycan işğal altında olan 8 kəndi mütləq qaytarılmalıdır:

“Anklav olan 4 kənd Gürcüstan və İrana gedən mühüm avtomobil yollarının üzərində olduğu və buradan qaz kəməri keçdiyi üçün Azərbaycana qaytarılması Ermənistan üçün ciddi problemlər yaradacaq”.

Safura Bənnayeva
Globalinfo.az