Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil oldu

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, layihə bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Müzakirələrdən sonra qanun layihəsinin I oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.