Hər iki Qarabağ müharibəsində aktiv iştirak edən, keçmiş qondarma rejimin polkovniki və “milli qəhrəmanı” Karen Calavyan Qarabağdan qaçdıqdan sonra ilk dəfə ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın “MediaHub” nəşri “Kox” ləqəbli Calavyanla əlaqə saxlayıb.
Nəşr ondan hazırda harada, necə olduğunu və Qarabağ məsələsi ilə bağlı fikirlərini öyrənmək istəyib. Calavyan “məndən nə istəyirsiniz, niyə zəng etmisiniz?” deyə soruşub. Daha sonra bədbəxt hadisə baş verdiyini və anasının öldüyünü, bu səbəbdən danışmağa əhvalının olmadığını deyib.
Xatırladaq ki, Karen Calavyan sentyabrda keçirilən antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində döyüşəcəyini və Qarabağı tərk etməyəcəyini bildirmişdi. Lakin 23 saatlıq əməliyyatlardan sonra onun əvvəlcə öldüyünə, sonra isə döyüş mövqeyini tərk edərək Ermənistana keçdiyinə dair xəbərlər yayıldı.
Ayşən Mustafa
Globalinfo.az














