Qarabağda hərbi əməliyyat keçiriləcək? – İrəvandan AÇIQLAMA

“Qarabağda növbəti dəfə hərbi əməliyyatların keçirilməsinə yol verilməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Sovet İttifaqı da Almaniya ilə sülh müqaviləsi imzalamışdı, lakin qısa müddət sonra müharibəyə başladılar. Biz sülh təmin etmək imkanına malik olan ən mühüm müqaviləni imzalamalıyıq. Sözügedən müqavilə toqquşmaların qarşısının tam alınmasına zəmanət verməyə bilər, amma bunun yoxluğu müharibə riskini iki qat artırır”-deyə, o bildirib.

Tahir Turan
Globalinfo.az