Qarabağda AzQAC-ın ofisləri açılacaq – YENİLƏNİB

Qarabağda AzQAC-ın ofisləri açılacaq - YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə hansı rayonlarda ofislərinin fəaliyyətə başlayacağı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda cəmiyyətə məxsus ofislərin fəaliyyətə başlaması gözlənilir.

“Yəqin ki, məsələnin ətraflı müzakirəsi gələn il olacaq”.

***11:09

Azad edilmiş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, AzQAC-ın “Böyük Qayıdış” layihəsi çərçivəsində üç şəhərdə ofis inşa etməsi gözlənilir.