“Qarabağ”dan möhtəşəm qələbə: “Braqa” belə məğlub edildi: 1/8 finala vəsiqə! – VİDEO

“Qarabağ” – “Braqa” ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə növbəti mərhələyə – 1/8 finala yüksəldi.

***

Nəriman matçın 122-ci dəqiqəsində “Qarabağ”ın ikinci qolunu vurdu: 2-3.

***

Banza 116-cı dəqiqədə penalti qolu ilə ümumi hesabı yenidən bərabərləşdirdi.

***

“Qarabağ” 103-cü dəqiqədə Mateus Silvanın qolu ilə fərqi azaltdı: 1-2.

***

“Qarabağ” – “Braqa” matçının əsas vaxtı 0-2 bitdiyi üçün matçda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.

***

“Braqa” görüşün 83-cü dəqiqəsində Djalonun qolu ilə fərqi artırdı: 0-2.

***

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

“Braqa” 70-ci dəqiqədə hesabı açıb.

Fernander fərqlənib – 0:1.

***

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Birinci hissədən sonra hesab açılmayıb – 0:0.

***

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb – 0:0.

***

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında cavab oyunu başlayıb.

***

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.