qarabag 1

Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilib.

“Skay Sports”un məlumatına əsasən, oyun gözlənildiyi vaxtdan yarım saat gec, 23:30-da başlayacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – “Qarabağ”la qarşılaşacaq. Oyun “Tottenhem Hotspur” stadionunda keçiriləcək.

Daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.

Paylaş: