“Qarabağ” səfərdə darmadağınla qalib gəldi

Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı baş tutub.

Globalinfo.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, “Qəbələ”nin yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qarşılaşması olub.

Qeyd edək ki, “Qarabağ” bu qələbə ilə xalını 57-ə çatdırıb və ən yaxın izləyicisi “Sumqayıt”la (36 xal) xal fərqini 21-ə yüksəldib.