834cc1bf e27c 3566 9d9b 2e4b31ebc19a 850

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turunun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir, son çempion “Qarabağ” öz meydanında “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 48-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Bu, “Zirə”nin tarixi ərzində “Qarabağ” üzərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” isə rəqib meydanında “Səbail”i 4:1 hesabı ilə məğlub edib.

Paylaş: