“Qarabağ” “Neftçi”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Globalinfo.az xəbər verir ki, IX turun sonuncu oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Neftçi Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə isə Redon Cica adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “köhlən atlar” lider “Zirə”yə çatıb. “Ağ-qaralar” isə 12 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Kəpəz”i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında “Zirə” “Turan Tovuz”u (2:1), “Səbail” “Qəbələ”ni (1:0) məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.