Qarabağ müharibəsinin qatillərindən biri də həbs olundu – TƏCİLİ

Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Onun bir az əvvəl saxlanıldığı iddia olunur.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin ən böyük erməni qatillərindən biridir. O, Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif zamanlarda Qarabağın fərqli ərazilərində “rəsmi vəzifələrdə” çalışıb.

Arşavir Qaramyanın oğlu Vardan Qaramyan müxtəlif vaxtlarda Azərbaycan ordusuna qarşı həm snayper, həm də dron pilotu kimi fəaliyyət göstərib.

Ayşən Mustafa
Globalinfo.az