“Qarabağ” “Legiya”ya məğlub oldu

Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu dəfə Polşanın “Legiya” klubu ilə qarşılaşıb. Görüş “Qarabağ”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan “Ferentsvaroş”u ilə 3:3 hesablı heç-heçə edib.