Ermənistanda Qarabağdan köçənlərə peşə hazırlığı və iş təcrübəsinin qazanılmasına dəstək proqramı həyata keçiriləcək.
Globalinfo.az xəbər verir ki, ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bu istiqamətdə layihəni təqdim edib.
Layihədə müxtəlif ixtisaslar üzrə peşə hazırlığının 6 aya qədər davam etməsi təklif olunub. Nəticədə Qarabağdan köçən şəxslə vakansiya üzrə müraciət etdiyi şirkətdə hazırlıq müddətini tamamladıqdan sonra 3 aylıq əmək müqaviləsi bağlanacaq. İlk iş dövrünün 3 ayında isə ona 50 min dram məbləğində ödəniş olunacaq.
Bu layihənin Qarabağdan Ermənistana köçən şəxslərin burada daimi rahat yaşayışının təmin edilməsi istiqamətində təşəbbüsləri artıracağı bildirilib.
Əliyar Xəlil
Globalinfo.az














