Qarabağ erməniləri Ermənistandan gedir – Sayları bilindi

Ermənistanı 10308 Qarabağ ermənisi tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Civil.net”ə veriblər.

Məlumata görə, bu ilin 1 iyununa qədər Ermənistanı hava və quru yolla 17743 Qarabağ ermənisi tərk edib. Onlardan yalnız 7435 nəfəri geri qayıdıb.

Qeyd edək ki, Qarabağ erməniləri Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatından sonra yerli separatçı dəstələr və Ermənistanın təbliğatı nəticəsində bölgəni tərk ediblər. İrəvan onların sayının 100 min olduğunu deyir, amma Azərbaycan bu rəqəmlərin şişirdilmiş olduğunu bildirir. Ermənistan bundan öncə onların ölkəni tərk etməməsini desə də Baqrat Qalstanyanın başlatdığı etirazlardan sonra hökumət bu qrup ermənilər üzərində nəzarəti artırıb. Digər tərəfdən, Qarabağ erməniləri Ermənistanda işsizlikdən daha çox şikayətlənməyə başlayıblar.

Tahir Turan
Globalinfo.az