
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçirilən matçda “Ayaks”a 0-3 hesabı ilə məğlub oldu.
***
Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.
***
77-ci dəqiqədə “Ayaks” hesabı 3:0 edir. Akpom adını tabloya yazdırır.
***
Veqhorst 74-cü dəqiqədə “Ayaks”ın ikinci qolunu vurur – 0:2
***
İkinci hissə başladı.
***
İlk hissə “Ayaks”ın 1:0 üstünlüyü ilə başa çatdı.
***
Qonaq komandanın oyunçusu Teylor 36-cı dəqiqədə hesabı açıb: 0 – 1
***
“Qarabağ” – “Ayaks” (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
Görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.
***
“Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq “Qarabağ” – “Ayaks” (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
“Ayaks”: Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.