Qara qutunun incələnməsi başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət televiziyası (AZTV) rəsmi X hesabında paylaşım edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Açıqlanan son rəqəmlərə görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.














