Qaluzin anons etdi: Rusiya Azərbaycanda Baş Konsulluq açacaq

Qaluzin anons etdi: Rusiya Azərbaycanda Baş Konsulluq açacaq

Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılması məsələsini müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Rusiya-Azərbaycan münasibətlərinin bu gün əla olduğunu diqqətə çatdırıb.

“Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir”, – deyə o bildirib.

Rusiya XİN rəhbərinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib.

“Dünən Vladimir Putin dedi ki, rus dilinin öyrənilməsi məsələsində Azərbaycan Prezidentinin dəstəyini hiss edir. Çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Rusiya-Azərbaycan münasibətlərinin ən uğurlu, etibarlı və praqmatik inkişafı liderlərimizin razılaşmalarına uyğun olaraq fəal şəkildə davam etdiriləcək”, – deyə Qaluzin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az