Qalstanyan Paşinyanı tapmaq üçün hökumət binasına doğru irəliləyir – VİDEO

İrəvanda mitinq iştirakçıları kortejlə Ermənistan hökumətinin binasına doğru hərəkət ediblər.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan deyib.

O, baş nazir Nikol Paşinyanın hökumət binasında ola biləcəyini ehtimal edib.

“Biz hökumət binasına doğru gedirik. Paşinyanın orada olub-olmadığını görəcəyik”, – Qalstanyan bildirib.

Etirazçılar gecəni çadır şəhərciyində keçirmək niyyətindədirlər.

Bundan əlavə, Qalstanyan sabah Nazirlər Kabinetinin iclasından əvvəl insanları yenidən hökumət binasına toplaşmağa çağırıb.

Qeyd edək ki, Ermənistanda qarşıdurma ilə müşayiət olunan etirazlarda 55 mülki şəxs və 10 polis xəsarət alaraq  həkimə müraciət edib. Daxili İşlər Nazirliyinin son məlumatına görə, 98 etirazçı saxlanılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az